Havay adalarının qubernatoru ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib
Digər ölkələr
- 10 mart, 2021
- 07:11
Böyük hissəsi ABŞ-ın ştatı ərazisinə daxil olan Havay adalarında bu gün leysan yağışlar və daşqınlar səbəbi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Devid Ayc tvitterdəki mikrobloqunda məlumat verib.
“Elə indicə Havay ştatında fövqəladə rejimin tətbiqinə dair sənədi imzaladım. Leysan yağışlar və daşqınlar adalardakı özəl və dövlət mülkiyyətinə ciddi ziyan vurub”, - o yazıb.
Bu tədbir yerli hakimiyyət orqanlarına bəzi əlavə fondlara çıxış əldə etməyə və fəlakətdən sonra daha çox mənbədən istifadə etməyə imkan verir.
Bundan əvvəl Havay adalarında dambanın dağılmaq təhlükəsi ilə əlaqədar əhalinin məcburi təxliyə edilməli olduğu açıqlanmışdı.
Son xəbərlər
20:11
Ceyhun Bayramov irland nazirlə Azərbaycanın sülh gündəmini nmüzakirə edib
Xarici siyasət20:04
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Azərbaycan–Ermənistan sülh prosesini müzakirə edib
Xarici siyasət20:02
Foto
Emre Belözoğlu Türkiyə klubunun baş məşqçisi təyin olunub
Futbol19:56
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alınıb - RƏSMİ
Daxili siyasət19:53
Foto
Gürcüstan və Türkiyə Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Region19:46
Ceyhun Bayramov NATO rəsmisi ilə regional və beynəlxalq təhlükəsizliyi müzakirə edib
Xarici siyasət19:44
Foto
Allahşükür Paşazadə: Erməni kilsəsi və diasporası sülh prosesini pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır
Din19:36
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun daha 2 iki oyunu arxada qalıb
Komanda19:36
Foto