G7-nin xarici işlər nazirləri Münhendə görüşəcək
Digər ölkələr
- 22 yanvar, 2023
- 07:37
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində birlik əlaməti olaraq birgə iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Japan Today” nəşri məlumat yayıb.
Yüksək səviyyəli diplomatların 2023-cü ildə ilk görüşü fevralın 17-dən 19-dək keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
İclasa Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi sədrlik edəcək. Planlaşdırılan görüşdə xarici işlər orqanları rəhbərləri təcavüzü dayandırmaq və Ukraynaya dəstək vermək üçün Rusiyaya təzyiq göstərməkdə həmrəyliklərini bir daha nümayiş etdirəcəklər.
Son xəbərlər
08:39
Foto
Azərbaycanla Bruney arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici siyasət08:25
DÇ-2026: Avstriya İordaniya qarşısında hesabı açıb - YENİLƏNİR
Futbol08:22
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:19
Argentina millisinin baş məşqçisi: "Messi barəsində deməyə söz tapmıram"
Futbol07:35
Delaver ştatında xəstəxanada atışma olub, bir nəfər ölüb
Digər ölkələr07:26
Lionel Messi Argentina - Əlcəzair matçının ən yaxşı oyunçusu olub
Futbol07:14
Messi mundialların ən məhsuldar futbolçuları sırasında Klozeyə çatıb
Futbol07:00
DÇ-2026: Lionel Messinin het-triki Argentinaya qələbə qazandırıb - YENİLƏNİB-6
Futbol06:57