Estoniya bir şərtlə öz qoşunlarını Ukraynaya göndərməyə razılaşıb

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 21:38
Estoniya bir şərtlə öz qoşunlarını Ukraynaya göndərməyə razılaşıb

Estoniya öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır, ancaq sülh sazişi bağlandıqdan sonra.

"Report" xəbər verir ki, bunu Estoniyanın Baş nazir Kristen Mixal Berlində Almaniya kansleri Fridrix Metslə birgə mətbuat konfransında deyib.

"Bir daha vurğulayıram: əsgərlərimizin iştirak etməsi üçün konkret sülh sazişi lazımdır", - Mixal deyib.

Baş nazir aydınlaşdırıb ki, Estoniya Ukraynaya qoşun rotası göndərməyə hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti