Cənubi Koreya, ABŞ və Yaponiya sentyabrda Koreya yarımadasında təlimlər keçirəcək

Digər ölkələr
  • 05 sentyabr, 2025
  • 08:46
Cənubi Koreya, ABŞ və Yaponiya sentyabrda Koreya yarımadasında təlimlər keçirəcək

Cənubi Koreya, ABŞ və Yaponiya sentyabr ayında "Freedom Edge" kompleks hərbi təlimlər keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

"Üç ölkə dəniz, hava və kiberməkanda hərtərəfli əməliyyat imkanlarını gücləndirəcək, güclü və sabit üçtərəfli əməkdaşlığı saxlamaq üçün qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq", - bəyanatda deyilir.

Təlimlərin Şimali Koreyanın hərbi təhdidləri qarşısında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində davam edən səylər çərçivəsində keçirilməsi planlaşdırılır.

Plana görə, təlimlər sentyabrın 15-dən 19-dək Cənubi Koreyanın Ceju adasının şərqində və cənubunda beynəlxalq sularda keçiriləcək.

Agentlik qeyd edib ki, üçtərəfli təlimlər Donald Trampın prezident kimi fəaliyyətə başladıqdan sonra ilk dəfə keçirilir.