Tural Məmmədov: "AzStateNet" üzərindən 263 milyona yaxın zərərli keçid bloklanıb"
- 05 sentyabr, 2025
- 10:40

Bu ilin birinci yarısında Azərbaycanda demək olar ki, DDoS (Distributed Denial-of-Service - Dağıdılmış Xidmətin İnkaredilməsi) hücumlarının müşahidə olunmadığı gün olmayıb.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısında deyib.
Onun sözlərinə görə, hesabat dövründə qarşısı alınmış DDoS hücumların ümumi həcmi 300 Tbps təşkil edib:
"Həcmi 1 Gbps olan DDoS hücumlarının sayı 18 olub. Eyni dövrdə "AzStateNet" şəbəkəsi üzrə 262,92 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12 milyon 366 min 400 zərərli məzmun, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 61 min 482 zərərli elektron sənəd bloklanıb".
İlin birinci yarısında qarşısı alınmış DDoS hücumların həcmi 300 Tbps olub 3. "AzStateNet" üzərindən 262,9 milyon zərərli keçid bloklanıb 4. Antivirus sistemi 12 milyondan çox zərərli məzmunun qarşısını alıb.