Brüssel və Bakı nəqliyyat dialoqu çərçivəsində yeni müzakirələrə hazırlaşır

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 17:47
Brüssel və Bakı nəqliyyat dialoqu çərçivəsində yeni müzakirələrə hazırlaşır

Avropa İttifaqı (Aİ) və Azərbaycan yaxın vaxtlarda yüksək səviyyəli nəqliyyat dialoqu çərçivəsində müzakirələri davam etdirməyi planlaşdırır.

Bunu "Report"a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç "Mərkəzi Baltik – Azərbaycan" biznes forumu çərçivəsində bildirib.

Diplomatın sözlərinə görə, təxminən iki həftə əvvəl Brüsseldə Aİ ilə Azərbaycan arasında nəqliyyat üzrə yüksək səviyyəli dialoqun sonuncu raundu keçirilib. "Biz onun nəticələrinin təhlilini davan etdirir və dialoqu mümkün qədər tez, bu il bərpa etməyi planlaşdırırıq", - Kuyunciç qeyd edib.

Səfir həmçinin vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını və münasibətlərdəki müsbət dəyişiklikləri alqışlayır, bu dəyişikliklər regionda vəziyyətin normallaşmasına töhfə verir.

Minatəmizləmə sahəsində əməkdaşlığa toxunan Kuyunciç əlavə edib ki, gələcək layihələrlə bağlı müzakirələr davam edir, lakin 2026-cı il üçün yekun maliyyə məbləği hələ müəyyən edilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti