Britaniya tarixində telefon qaçaqmalçılığına qarşı ən böyük əməliyyat keçirilib
Digər ölkələr
- 07 oktyabr, 2025
- 10:21
Londonda Britaniyadan Çinə 40 minə qədər oğurlanmış smartfonun qaçaqmalçılığında şübhəli bilinən cinayətkar şəbəkənin 50-yə yaxın üzvü həbs edilib.
Bu barədə "Report" "Sky News"a istinadən xəbər verir.
Araşdırma ötən ilin dekabrında başlayıb. Hitrou hava limanı yaxınlığındakı bir anbar məntəqəsində Honq Konqa göndərilmək üçün nəzərdə tutulan 1 000 smartfon yerləşdirilmiş qutu aşkar edilib. Demək olar ki, bütün cihazlar oğurlanmış olub.
Bundan sonra əməliyyat keçirilib və şübhəlilər izlənib.
"Sky News"in məlumatına görə, bu, Britaniya tarixində telefon oğurluğuna qarşı həyata keçirilmiş ən böyük əməliyyatdır.
Əməliyyatın iki həftəsi ərzində ümumilikdə 46 nəfər həbs edilib və istintaq tədbirləri davam edir.
Son xəbərlər
16:10
Sumqayıt Nəqliyyat Mübadilə Mərkəzindən keçən marşrutların sayı artırılıb
İnfrastruktur16:10
Sahil Babayev: "Əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq"
Maliyyə16:06
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
Ekologiya16:03
"Karvan-Yevlax"ın futbolçusu: "Hər şey televizordan görünən kimi deyil" - MÜSAHİBƏ
Futbol16:01
Azərbaycanın iqtisadi siyasətinin üç strateji hədəfi açıqlanıb
Maliyyə15:58
Rəy
Britaniyanın Aİ-yə mümkün qayıdışı - "Brexit"-i əvəzləyə biləcək "Brenter", yaxud "Breturn" - ŞƏRH
Analitika15:56
İşsizlikdən sığorta fondunun büdcəsi ikinci oxunuşda qəbul edilib
Sosial müdafiə15:54
"Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Milli Məclis15:53