Tramp İspaniyanı rüsumlarla hədələyib

Digər ölkələr
  • 14 oktyabr, 2025
  • 23:35
Tramp İspaniyanı rüsumlarla hədələyib

ABŞ Prezidenti Donald Tramp İspaniyanın müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaqdan imtina etdiyinə görə bu ölkədən idxal olunan mallara rüsum tətbiq etmək niyyətini açıqlayıb.

"Report" xəbər verir ki, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"Mən İspaniyadan çox narazıyam. Onlar yeganə NATO ölkəsidir ki, müdafiə xərclərini 5 %-ə qədər artırmayıb. İspaniyanı tariflərlə cəzalandırmağı düşünürəm", - Tramp bildirib.

Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı Tramp qeyd edib ki, NATO-ya üzv ölkələr arasında İspaniya müdafiə xərclərində əhəmiyyətli dərəcədə geri qalır.

"Bizim bir geridə qalan ölkəmiz var, o da İspaniyadır. Onlara zəng edib öyrənməliyik ki, niyə geridə qalırlar. Onların heç bir bəhanəsi yoxdur. Açığını desəm, onları NATO-dan qovmaq lazımdır", - o əlavə edib.

İspaniya hakimiyyət orqanları isə öz növbəsində bildirirlər ki, onlar müdafiə xərclərini müəyyən edilmiş səviyyəyə çatdırmadan silahlı qüvvələrin döyüş hazırlığının artırılması üçün NATO ilə razılaşdırılmış bütün təşəbbüsləri həyata keçirməyə qadirdirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti