Braziliya Prezidenti: İqlim dəyişikliyi problemi BMT üçün prioritet olaraq qalmalıdır
- 23 sentyabr, 2025
- 19:35

Braziliyanın Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP30) ölkə liderlərinə iqlim gündəliyinə həqiqi sadiqlik nümayiş etdirməyə imkan verəcək.
"Report" xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT Baş Assambleyanın 80-ci sessiyası zamanı deyib.
"Nüvə silahları bizi iqlim böhranından qorumayacaq. 2024-cü il tarixdə ən isti il olub. Braziliyada keçiriləcək COP30 həqiqətlərin konfransı olacaq. Bu, bütün ölkələrin liderlərinin ciddi öhdəliklərini nümayiş etdirə bildikləri bir dövr olacaq", - o söyləyib.
Lula da Silvanın sözlərinə görə, Braziliya emissiyaların azaldılmasına sadiqdir.
"İqlim dəyişikliyi BMT-nin mərkəzində və diqqət mərkəzində olmalıdır", - Braziliya lideri vurğulayıb.