Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
Region
- 23 sentyabr, 2025
- 21:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş katibi Antoniu Qutterreşlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Tərəflər BMT Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində bir araya gəliblər.
Məlumata görə, tərəflər Şərqi Avropada davam edən müharibə barədə danışıblar. Müharibənin bitməsi üçün Türkiyənin səylərini gücləndirdiyini söyləyən Ərdoğan atəşkəs, sülh istiqamətinsə səylərin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
O, həmçinin BMT sistemində islahata ehtiyacın açıq şəkildə ortaya çıxdığını və Türkiyənin bu işə hər cür töhfəsini verməyə davam edəcəyini bildirib.
Son xəbərlər
03:13
Yaponiyada Xirosima qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr02:30
Tramp: İranla razılaşma əldə etməyə üstünlük verərdim
Digər ölkələr02:15
ABŞ polisilikona gömrük rüsumları tətbiq etməyi planlaşdırır
Digər ölkələr01:54
Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib
Digər ölkələr01:26
ÜST rəhbəri KDR-də Ebolanın yayılmasının sürətləndiyi barədə xəbərdarlıq edib
Digər ölkələr00:39
Sulutəpədə avtoservisdə yanğın baş verib
Hadisə00:11
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
Futbol23:56
Ədən körfəzində neft tankerinə hücum edilib
Digər ölkələr23:32