Baş nazir: Livan hökuməti "Hizbullah"ın təxribatçı hərəkətlərini rədd edir

Digər ölkələr
  • 26 sentyabr, 2025
  • 06:51
Baş nazir: Livan hökuməti Hizbullahın təxribatçı hərəkətlərini rədd edir

Livan hökuməti qanunun aliliyini bərpa etmək qərarına sadiqdir və şiə "Hizbullah" təşkilatının məsuliyyətsiz və təxribatçı hərəkətlərini rədd edir.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nəvaf Salam bəyan edib.

O, Beyrutun Rauça sahilində keçirilən kütləvi aksiyada şiə fəalların ictimai asayişi pozmasını pisləyib.

"Hizbullah"ın qınana bilən davranışı Livan hakimiyyətinə növbəti çağırışdır, lakin bu, bizim milli borcumuzu sona qədər yerinə yetirmək əzmimizi gücləndirəcək", - deyə siyasətçi qeyd edib.

Baş nazir Livanın Daxili İşlər Nazirliyi və Baş Təhlükəsizlik İdarəsindən ictimai asayişi pozanların tutularaq məsuliyyətə cəlb edilməsini tələb edib.

O, cinayətkarlar ekstradisiya edilənə və həbs olunana qədər cümə gününə planlaşdırılan bütün tədbirlərdə iştirakdan çəkinəcəyini açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti