Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb

Sənaye
  • 26 sentyabr, 2025
  • 09:28
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb

Naxçıvan Sənaye Parkı üçün daxili infrastrukturun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarin İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, görüləcək işlərə mühəndis-geoloji və topoqrafiya işlərinin aparılması, baş planın, şəhərsalma əsaslandırılması layihəsinin, işçi layihəsinin, ərazinin relyefə uyğun olaraq planlaşdırılması, hamarlanması və torpaq kütləsinin kartoqrammasının hazırlanması daxildir. Həmçinin ərazinin sel sularından qorunması üçün seltoplayıcı kanallar layihələndirilməlidir.

Bundan başqa, sənaye parkının daxili yollarının eni və asfalt örtüyünün qalınlığı daxildə hərəkət edən avtomobillərinin əksəriyyətinin ağır tonnajlı (TIR) maşınlar olması nəzərə alaraq layihələndirilməli, eləcə də dalan dəmir yolu xətti layihələndirilməli və işlər yerli tikinti materiallarından istifadə olunmaqla yerinə yetirilməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti