III MDB Oyunlarında voleybol yarışının təqvimi müəyyənləşib
- 26 sentyabr, 2025
- 09:11

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışının təqvimi müəyyənləşib.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Gəncə şəhərində keçiriləcək turnirdə Azərbaycan, Özbəkistan, Tacikistan, Rusiya, Belarus və Qırğızıstan milli komandaları iştirak edəcəklər. Qarşılaşmalara sentyabrın 29-da start veriləcək. Bütün oyunlar Gəncə İdman Sarayında təşkil olunacaq.
III MDB Oyunları
U-15 qızlar
A qrupu: Azərbaycan, Özbəkistan, Tacikistan
B qrupu: Rusiya, Belarus, Qırğızıstan
Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər (A1–B2, B1–A2). Bu oyunların nəticələrinə əsasən final və bürünc medal uğrunda görüşlərin iştirakçıları müəyyənləşəcək.
U-17 oğlanlar
Azərbaycan, Özbəkistan, Rusiya, Belarus və Qırğızıstan komandaları dairəvi sistem üzrə qarşılaşacaqlar. Turnir cədvəlinin yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşəcək.
Yarışın proqramı
29 sentyabr
Qızlar
16:00. Belarus – Qırğızıstan
18:30. Azərbaycan – Tacikistan
30 sentyabr
Oğlanlar
16:00. Rusiya – Özbəkistan
18:30. Azərbaycan – Qırğızıstan
1 oktyabr
Qızlar
16:00. Rusiya – Belarus
18:30. Özbəkistan – Tacikistan
2 oktyabr
Oğlanlar
16:00. Belarus – Qırğızıstan
18:30. Azərbaycan – Özbəkistan
3 oktyabr
Qızlar
16:00. Qırğızıstan – Rusiya
18:30. Özbəkistan – Azərbaycan
4 oktyabr
Oğlanlar
16:00. Belarus – Özbəkistan
18:30. Azərbaycan – Rusiya
5 oktyabr
Yarımfinal
Qızlar
10:00. A1 – B2
13:00. B1 – A2
Oğlanlar
16:00. Özbəkistan – Qırğızıstan
19:00. Rusiya – Belarus
6 oktyabr
Qızlar
10:00. Bürünc medal uğrunda oyun
13:00. Final
Oğlanlar
16:00. Rusiya – Qırğızıstan
19:00. Azərbaycan – Belarus