Banqladeş Prezidenti parlament seçkilərindən sonra istefa vermək niyyətindədir
Digər ölkələr
- 11 dekabr, 2025
- 18:34
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin bildirib ki, fevralda təyin olunmuş parlament seçkilərindən sonra səlahiyyət müddətinin ortasında istefa vermək niyyətindədir.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Şahabuddin vurğulayıb ki, onun səlahiyyətləri əsasən simvolik xarakter daşıyır, real icra hakimiyyəti baş nazirə və Nazirlər Kabinetinə məxsusdur.
"Çox istəyirəm istefa verim. Rezidensiyanı tərk etmək arzum var. Amma seçkilər başa çatmayınca, vəzifələrimi icra etməyə borcluyam. Mən bu postu prezidentin konstitusion səlahiyyətlərinə uyğun olaraq tuturam", – deyə o bildirib.
Xatırladaq ki, 2024-cü il avqustun 6-da Banqladeşin müvəqqəti hökumətinin rəhbəri Nobel mükafatı laureatı Məhəmməd Yunus təyin olunub.
Son xəbərlər
06:58
"Reddit" uşaqlara sosial şəbəkəni qadağan edən Avstraliya hökumətini məhkəməyə verəcək
Digər ölkələr06:39
Foto
Daimi nümayəndə: Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırır
Xarici siyasət06:25
ABŞ maliyyə naziri: Çinin süni intellekti "Qızıl günbəz"i keçsə, o mənasını itirəcək
Digər ölkələr06:03
Tramp ABŞ-nin İrana yeni zərbə endirmə ehtimalını istisna etməyib
Digər ölkələr05:48
"Terraform Labs" kriptovalyuta startapının həmtəsisçisi ABŞ-də 15 il həbs cəzasına məhkum edilib
Digər ölkələr05:23
Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb
Digər ölkələr04:57
Tailand Kralı Nümayəndələr Palatasını buraxıb
Digər ölkələr04:29
"Reuters": Avropa Komissiyası 150 milyard avro məbləğində ikinci hərbi investisiya proqramı hazırlayır
Digər ölkələr03:58