ABŞ maliyyə naziri: Çinin süni intellekti "Qızıl günbəz"i keçsə, o mənasını itirəcək

Digər ölkələr
  • 12 dekabr, 2025
  • 06:25
ABŞ maliyyə naziri: Çinin süni intellekti Qızıl günbəzi keçsə, o mənasını itirəcək

Çinin süni intellekt texnologiyalarındakı üstünlüyünün ABŞ-nin "Qızıl günbəz" adlı raketdən müdafiə sistemini pozacağı halda, o mənasını itirəcək.

"Report" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"Bu, (süni intellekt) ölkəmizin tarixində ən böyük texnoloji innovasiyadır. Bu, iqtisadi artımın əsas mənbəyinə çevriləcək və müdafiə sahəsində gördüyümüz hər şeyə təsir edəcək. Əgər Çinin süni intellekti onu aşa biləcəksə, "Qızıl günbəz"in heç bir mənası yoxdur", – deyə Bessent ABŞ Prezidenti Donald Trampın süni intellekt sahəsinin mərkəzləşdirilmiş tənzimlənməsi ilə bağlı fərman imzalamasından sonra bildirib.

"Düşünürəm ki, bu sahədə yalnız bir qalib ola bilər və çox güman ki, bu ya ABŞ, ya da Çin olacaq", – deyə Tramp vurğulayıb.

İmzalama mərasimində iştirak edən investor Devid Saks Vaşinqtonun süni intellekt sahəsində siyasətinə cavabdeh şəxs kimi izah edib ki, ölkədə süni intellekt texnologiyalarının tənzimlənməsi üçün "vahid federal standart" tətbiq olunacaq. Onun sözlərinə görə, vahid sistemin olmaması səbəbindən müxtəlif ştatlar süni intellektlə bağlı öz qanunlarını qəbul etməyə məcbur olur və onların bir çoxu bir-birindən ciddi şəkildə fərqlənir. "50 ştat 50 müxtəlif istiqamətdə hərəkət edir, bunun heç bir mənası yoxdur", – deyə Saks bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti