Daimi nümayəndə: Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırır

Xarici siyasət
  • 12 dekabr, 2025
  • 06:39
Daimi nümayəndə: Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırır

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığı ortaq tarix, qardaşlıq və regional əlaqəlilik üçün ümumi baxışa əsaslanaraq daha da güclənir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov 11 dekabrda Cenevrədə Qırğız Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil olunan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün nəticələrinə həsr edilmiş yan tədbirdə keçirilən paneldə çıxışı zamanı deyib.

Qeyd olunub ki, Mərkəzi Asiya və Azərbaycan dünyada əhəmiyyəti getdikcə artan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırır.

Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində genişmiqyaslı işlərə başladığı vurğulanıb, bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib.

"Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm körpü və əlaqə rolunu oynayır. Orta Dəhliz strateji prioritetdir. Son 3 ildə Azərbaycandan keçən yükdaşımalar 90% artıb. Zəngəzur dəhlizinin tamamlanması ilə regional əlaqəlilik daha da güclənəcək", - Q. İsrafilov vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti