Avropa Parlamenti gözlənilən miqrant böhranı ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
- 16 sentyabr, 2021
- 16:05

Avropa Parlamenti Avropa İttifaqını Əfqanıstandakı vəziyyətlə əlaqədar yeni miqrant böhranına hazırlaşmağa çağırıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentin Strasburqda keçirilən plenar iclasın sonunda qəbul edilən qətnamədə deyilir.
"Əksər miqrantlar qorunmaq üçün qonşu ölkələrə gedəcəklər. Avropa İttifaqı qaçqınları qəbul edən ölkələrə BMT-nin müvafiq qurumları və yerlərdə çalışan humanitar təşkilatlar vasitəsilə əlavə yardım göstərməyi planlaşdırmalıdır", - qətnamədə deyilir.
Eyni zamanda sənəddə vurğulanır ki, qonşu dövlətlərə yardım Avropa İttifaqının öz ərazisində sığınacaq vermək siyasətinə alternativ olmamalıdır.
Son xəbərlər
06:18
CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib
Digər ölkələr05:53
FİFA: Klublar yay transfer pəncərəsində rekord məbləğdə pul xərcləyiblər
Futbol05:38
NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək
Digər ölkələr04:56
Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib
Digər ölkələr04:21
Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur
Digər ölkələr03:43
İsrail Ordusu "Hizbullah"ın Livandakı obyektlərinə zərbələr endirib
Digər ölkələr03:14
Türkiyədə zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Region02:55
ABŞ-də 6 maqnitudada zəlzələ olub
Digər ölkələr02:32