Almaniyanın xarici işlər naziri: NATO ölkələri Rusiyaya təzyiqləri artırmalıdır

Digər ölkələr
  • 15 sentyabr, 2025
  • 01:39
Almaniyanın xarici işlər naziri: NATO ölkələri Rusiyaya təzyiqləri artırmalıdır

Almaniyanın xarici işlər naziri Yohann Vadeful hesab edir ki, NATO ölkələri alyansın şərq cinahını daha da gücləndirməli və Rusiyaya təzyiqləri artırmalıdır.

"Report" xəbər verir ki, o, bu barədə "ZDF" telekanalında bildirib.

Onun sözlərinə görə, NATO üçün alyansın sərhədlərində müdafiə imkanlarını təkmilləşdirməsi vacibdir:

"Bura, ilk növbədə, daha yaxşı və daha sürətli reaksiya verə bilən hava hücumundan müdafiə sistemi daxildir. Yunanıstanda, İspaniyada bunun üçün müdafiə sistemlərimiz var. Biz onları birbaşa NATO-nun şərq cinahına göndərmək barədə düşünməliyik. Rusiya bilməlidir ki, biz həmişə cavab verəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti