ABŞ-də xəbər agentliyinin avtomobilini yandırmağa cəhd edən iki nəfər həbs edilib
Digər ölkələr
- 15 sentyabr, 2025
- 03:06

Hüquq-mühafizə orqanları Amerikanın Solt-Leyk Siti şəhərində xəbər agentliyinin avtomobilinin altına yandırıcı qurğu yerləşdirən iki nəfəri həbs edib.
"Report" xəbər verir ki, bu barədə KUTV telekanalı məlumat yayıb
Solt-Leyk Şəhər Polis İdarəsi və yanğınsöndürənlər avtomobilin altında şübhəli cihazın olması barədə məlumat alıblar. Onun xəbər agentliyinin maşınının altına yerləşdirilmiş yandırıcı qurğu olduğu ortaya çıxıb.
Qeyd olunub ki, qurğu aktivləşdirilsə də, işə düşməyib.
Hadisəni araşdırmaq üçün gətirilən Federal Təhqiqat Bürosu iki nəfəri saxlayıb. Onların evinə baxış zamanı partlayıcı maddələr, silahlar və narkotik vasitələr aşkar edilib.
Son xəbərlər
06:23
Foto
Kəlbəcərin 113 yaşlı sakini: "Ağlaya-ağlaya gəlmişdim, indi isə gülə-gülə qayıdıram"
Qarabağ06:07
Foto
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
Qarabağ05:47
Keçmiş məcburi köçkün: Qanadım olsaydı bu dəqiqə Kəlbəcərə uçub torpağı öpərdim
Qarabağ05:38
Kəlbəcər şəhərinə köçən sakin: Uzun illər köçkün həyatı yaşasam da, bu gün çox sevincliyəm
Qarabağ05:18
Danimarka baha olduğu üçün "Patriot"ları almaqdan imtina edib
Digər ölkələr04:43
Polşanın XİN rəhbəri: "Qərb Ukraynada Rusiya raketlərini vurmaq barədə düşünməlidir"
Digər ölkələr04:15
ABŞ lideri Avropanın Rusiyaya qarşı sanksiyalarını çox zəif adlandırıb
Digər ölkələr03:40
Tramp Rusiya, ABŞ və Ukrayna sammitinin nisbətən tezliklə baş tutacağına əmindir
Digər ölkələr03:06