Almaniyada peyvənd olunan 14 nəfər “Britaniya” ştammına yoluxdu
Digər ölkələr
- 07 fevral, 2021
- 23:12
Almaniyada qocalar evinin sakinləri yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunsalar da virusun “Britaniya” ştammına yoluxublar.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Osnabryuk bölgəsi səlahiyyətliləri tərəfindən açıqlanan şərhə görə, hadisə Belm kommunasında (Aşağı Saksoniya federal əyaləti - Red) baş verib.
Bildirilib ki, qocalar evinin sakinlərinə peyvəndin hər iki dozası vurulsa da onlarda COVID-19-un yeni ştammı aşkar edilib.
Qocalar evinin bütün işçiləri və onların ailələri karantinə alınıb.
Son xəbərlər
01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33
İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
Digər ölkələr23:26
Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib
Komanda23:11
Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib
Digər ölkələr23:00