Ağ Evin nümayəndəsi: Nobel Komitəsi üçün siyasət sülhdən daha vacibdir

Digər ölkələr
  • 10 oktyabr, 2025
  • 16:03
Ağ Evin nümayəndəsi: Nobel Komitəsi üçün siyasət sülhdən daha vacibdir

Nobel Komitəsi üçün siyasət sülhdən daha vacib olub.

"Report" xəbər verir ki, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq Nobel Sülh Mükafatının Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verilməsindən sonra sosial şəbəkədə deyib.

"Prezident Tramp sülh sazişləri bağlamağa, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək. Onun kimi yalnız iradəsinin gücü ilə dağları yerindən oynada biləcək başqa kimsə heç vaxt tapılmayacaq", - o deyib.

Qeyd edək ki, bu gün Nobel Komitəsindən verilən məlumata görə, müxalifətçi siyasətçi və ictimai xadim Venesuela xalqının demokratik hüquqlarının təşviqi yolunda yorulmaz fəaliyyətinə görə mükafat alıb.

Bundan başqa, Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Nobel Komitəsi ABŞ Prezidenti Donald Trampın xeyrinə qərar çıxarmasa da, o, sülh sazişləri bağlamağa və hərbi münaqişələri həll etməyə davam edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti