ABŞ Sudandakı münaqişə ilə əlaqəli şəxslərə və qurumlara sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 22:02
ABŞ Sudandakı münaqişə ilə əlaqəli şəxslərə və qurumlara sanksiyalar tətbiq edib

ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Sudanda vətəndaş müharibəsinin qızışdırılmasındakı rollarına görə dörd şəxsə və dörd quruma sanksiyalar tətbiq edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin saytında yayılmış açıqlamada bildirilib.

OFAC-ın məlumatına görə, əsasən Kolumbiya vətəndaşlarından və şirkətlərindən ibarət olan bu transmilli şəbəkə keçmiş Kolumbiya hərbçilərini işə götürür və uşaqlar da daxil olmaqla əsgərləri Sudanın paramilitar qruplaşması olan Çevik Reaksiya Qüvvələri ilə birlikdə döyüşmək üçün təlim keçir.

İdarə qeyd edib ki, münaqişə 2023-cü ilin aprelində başlayandan bəri Çevik Reaksiya Qüvvələri və onunla əlaqəli milislər dəfələrlə kişilər, oğlanlar və qadınlar da daxil olmaqla mülki şəxslərə hücum edib, humanitar yardıma çıxışı məhdudlaşdırıb və zorakılıq törədiblər. Xüsusən 26 oktyabr 2025-ci ildə Şimali Darfurun paytaxtı Əl-Faşerin ələ keçirilməsindən sonra Çevik Reaksiya Qüvvələrinin muzdluları Kolumbiya muzdluları tərəfindən dəstəklənən kütləvi qətl, etnik işgəncə və cinsi zorakılıqlar törədiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti