ABŞ Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə ümid etdiyini bildirib

Digər ölkələr
  • 15 noyabr, 2025
  • 20:51
ABŞ Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə ümid etdiyini bildirib

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması hələ də mümkün hesab olunur.

"Report" xəbər verir ki, bu barədə daimi nümayəndə Metyu Uitaker "Newsmax" telekanalına müsahibəsində söyləyib.

"Mən, ABŞ Prezidenti Donald Tramp kimi, sülhün yeganə yol olduğuna inanmağa davam edirəm", - Uitaker qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibə bir növ "gələcəyin döyüş laboratoriyası"na çevrilib və müasir hərbi əməliyyatların aparılma üsullarının nə qədər dəyişdiyini göstərib.

Son xəbərlər

Bütün Xəbər Lenti