Umerov Rusiya və Ukrayna arasında əsir mübadiləsi üzrə danışıqların başladığını açıqlayıb

Digər ölkələr
  • 15 noyabr, 2025
  • 21:38
Umerov Rusiya və Ukrayna arasında əsir mübadiləsi üzrə danışıqların başladığını açıqlayıb

Yaxın vaxtlarda Rusiya və Ukrayna əsirlərin növbəti mərhələdə mübadiləsi ilə bağlı razılaşmaları möhkəmləndirmək üçün texniki məsləhətləşmələrə başlayacaq.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov öz "Telegram" kanalında paylaşm edib.

"Ukrayna Prezidentinin tapşırığı ilə mən son günlərdə Türkiyə və BƏƏ-dəki tərəfdaşların vasitəçiliyi ilə əsir mübadiləsi prosesinin bərpası və saxlanılan şəxslərin (Rusiya ilə – red.) geri qaytarılması ilə bağlı məsləhətləşmələr apardım. Bu danışıqların nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirməyə razılaşdılar", – deyə o yazıb.

Umerov vurğulayıb ki, tərəflər yaxın vaxtlarda bütün prosedur və təşkilati məsələləri möhkəmləndirmək üçün texniki məsləhətləşmələr keçirəcəklər.

Onun sözlərinə görə, söhbət bayrama qədər 1 200 ukraynalı hərbi əsirin geri qaytarılmasından gedir: "Fasiləsiz çalışırıq ki, əsirlikdən qayıtmalı olan ukraynalılar Yeni il və Milad bayramlarını evdə – ailə süfrəsi arxasında və yaxınlarının yanında qarşılasınlar".

Son xəbərlər

Bütün Xəbər Lenti