ABŞ-ın vitse-prezidenti naməlum səbəbdən İndianaya səfərini ləğv edib
Digər ölkələr
- 09 oktyabr, 2020
- 01:33

ABŞ-ın vitse-prezidenti Maykl Pens cümə günü İndiana ştatına səfəri planını ləğv edib və Vaşinqtona qayıdır.
“Report” xəbər verir ki, bu barədə Pensin mətbuat katibi Devin O Meliyə istinadən CNN teleşirkəti bildirib.
O, İndianapolisə (İndiana ştatı-red) planlaşdırılmış səfərin ləğv olunmasının səbəbini açıqlamayıb. Arizona ştatında jurnalistlərlə əlaqə saxlayan O Meli əmin edib ki, vitse-prezidentin planlarının dəyişdirilməsi koronavirusla əlaqəli deyil.
"Heç kim xəstələnməyib. Vitse-prezident şənbə günü və bazar ertəsi səfərləri etməyi planlaşdırır", - O Meli bildirib.
Teleşirkətin məlumatına görə, Pens İndianapolisdə noyabrın 3-də nəzərdə tutulmuş ümumi seçkilərdə vaxtından əvvəl səs vermək fikrində olub.
Son xəbərlər
11:27
Ayxan Hacızadə TDT-nin üzv və müşahidəçi ölkələrinin xarici diplomatları ilə görüşüb
Xarici siyasət11:27
Baş nazir: Trampla Putinin Budapeştdəki görüşünə hazırlıq davam edir
Digər ölkələr11:26
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
Maliyyə11:21
Foto
Video
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi keçirilir
Hərbi11:20
Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA
Ekologiya11:19
Nikol Paşinyan: Azərbaycan Prezidentinə təşəkkür etməyim çox vacib irəliləyişdir
Region11:19
Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu yarımfinala vəsiqə qazanıb
Fərdi11:18
Nazir müavini: Gənclərin dini bilikləri onların dinlərə qarşı hörmətinin formalaşmasına xidmət edir
Din11:14