ABŞ-ın sabiq və gələcək prezidentləri hamı qarşısında peyvənd olunacaqlar
Digər ölkələr
- 04 dekabr, 2020
- 00:24

ABŞ-ın gələcək prezidenti Co Bayden bildirib ki, koronavirus vaksini təhlükəsiz elan ediləndə və əlçatan olduqda ictimaiyyət qarşısında peyvənd olunmağa hazırdır.
Bu barədə “Report” "RİA Novosti”yə istinadən xəbər verir.
"Mən bunu etməyə şad olacağam", - Bayden deyib.
O, vurğulayıb ki, ABŞ-ın əsas infeksionisti Entoni Fauçi müvafiq göstərişi verdikdə peyvənd ediləcək.
Daha əvvəl ABŞ-ın sabiq dövlət başçısı Barak Obama da bildirib ki, ictimaiyyət qarşısında koronavirus əleyhinə peyvənd olunmağa hazırdır. Keçmiş prezident ümid edir ki, bununla amerikalılara və bütün dünyaya vaksinləmələr haqqında şübhələrin öhdəsindən gəlməyə kömək edəcək. Eyni zamanda eks prezident Corc Buş da ictimaiyyət qarşısında peyvənd olunmaq istəyini dilə gətirib.
Son xəbərlər
16:24
"Barselona" baş məşqçinin cəzalanması ilə bağlı növbəti dəfə apellyasiya şikayəti verib
Futbol16:18
Zaxarova: Gümrüdəki vəziyyəti diqqətlə izləyirik
Region16:18
Vergi güzəştləri media sektoruna dövlət səviyyəsində verilən dəyərin göstəricisidir - RƏY
Media16:17
Gələn həftədən direktorların işə qəbulu prosesi başlayır
Elm və təhsil16:04
TKTA bəzi tibb ixtisasları üzrə akademik şəhadətnamə alanlara müraciət edib
Elm və təhsil16:02
Ararat Mirzoyan fransalı həmkarı ilə Vaşinqton razılaşmalarını müzakirə edib
Region16:00
Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər
Biznes16:00
Kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi proqramı başlayıb
Sosial müdafiə16:00
Foto