Ararat Mirzoyan fransalı həmkarı ilə Vaşinqton razılaşmalarını müzakirə edib
- 23 oktyabr, 2025
- 16:02

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Vaşinqtonda əldə edilən razılaşmaların həyata keçirilməsi də daxil olmaqla regional reallıqları müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər Ermənistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Görüş Mirzoyanın Fransaya səfəri çərçivəsində baş tutub. Onlar strateji münasibətlərin daha da dərinləşdirilməsi üzrə görülən işlər, həmçinin Ermənistan- Avropa İttifaqı tərəfdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər, həmçinin çoxtərəfli platformalarda və formatlarda səmərəli qarşılıqlı fəaliyyətin təmin edilməsi üzrə təşəbbüsləri müzakirə ediblər.
Hibrid təhdidlərlə mübarizənin səmərəli mexanizmləri və Yaxın Şərqdə baş verən hadisələr də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.