Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Qarabağ
  • 15 sentyabr, 2025
  • 15:58
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.

"Report"un Kəlbəcərə ezam edilmiş əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Kəlbəcərə ümumilikdə 139 nəfər (32 ailə)  köçürülüb. Onlar şəhərdəki 1-ci yaşayış məhəlləsində məskunlaşıblar.

Bununla da Kəlbəcər şəhərinə köçürülən ailələrin sayı 52-yə (223 nəfər) çatdırılıb.

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

"Report"un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə ümumilikdə 139 nəfər olmaqla 32 ailə köçürülüb.

Bununla da Kəlbəcərə köçürülən sakinlərin sayı 223 nəfərə (52 ailə) çatdırılıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti