Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib

Daxili siyasət
  • 05 noyabr, 2025
  • 10:10
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib

Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri innovativ və dayanıqlı inkişaf məkanına çevrilib.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev noyabrın 5-də "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, işğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur:

"Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdır. Artıq keçmiş məcburi köçkünlərimiz yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhərindəki birinci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar".

Xüsusi nümayəndə həmçinin bu gün azad edilmiş ərazilərdə belə bir tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu da söyləyib:

"Bu baxımdan belə bir tədbirin təşkilinə görə Baş Prokurorluğa, o cümlədən Kamran Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm".

Son xəbərlər

Bütün Xəbər Lenti