Şirvanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəmil Rəhimov dəfn edilib – YENİLƏNİB

Daxili siyasət
  • 30 oktyabr, 2025
  • 13:46
Şirvanda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəmil Rəhimov dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimov dəfn edilib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şirvan şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimovla vida mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Şirvanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

C.Rəhimov Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti