Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır - VİDEO
Daxili siyasət
- 05 yanvar, 2026
- 19:30
Azərbaycan xalqına Yeni il təbrikimdə də demişdim ki, bugünkü dünya belədir - kim güclüdür, o da haqlıdır.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı müsahibə zamanı Bayden-Blinken administrasiyasının nə qədər naşükür olduğunu da xatırladıb:
"O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin".
Prezident İlham Əliyev bildirib ki, hazırda da ABŞ-də hakimiyyətdə həmin administrasiya olsaydı, onların bir xahişi də yerinə yetirilməyəcəkdi.
Müsahibənin tam versiyası yaxın saatlarda yerli televiziya kanallarında yayımlanacaq.
Son xəbərlər
13:00
Çapar sakini: Kəndimizə geri dönəcəyimizə heç vaxt şübhə etmədik
Daxili siyasət12:58
Hesablama Palatasında yeni audit informasiya sistemi qurulur
Maliyyə12:57
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
ASK12:56
Rusiyanın Kiyevə hücumları nəticəsində Qətər səfirliyi zərər görüb
Digər ölkələr12:53
Ötən il təcrübəli sürücülər 488 avtoqəza törədib
Hadisə12:53
Fransada və Britaniyada 400 mindən çox ev elektriksiz qalıb
Digər ölkələr12:51
"Turan Tovuz"un Rumıniya klubu ilə yoxlama oyunu ləğv edilib
Futbol12:50
Azərbaycan qeyri-neft-qaz ixracını 9 %-ə yaxın artırıb
Biznes12:49