Rusiyanın Kiyevə hücumları nəticəsində Qətər səfirliyi zərər görüb

Digər ölkələr
  • 09 yanvar, 2026
  • 12:56
Rusiyanın Kiyevə hücumları nəticəsində Qətər səfirliyi zərər görüb

Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtı Kiyevə hücumları nəticəsində Qətər səfirliyi zərər görüb.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram səhifəsində bildirib.

"Mülki infrastruktur və enerji obyektlərindən əlavə, bu gecə Rusiya pilotsuz uçuş aparatı Qətər səfirliyinin binasına da zərər vurub - bu ölkə Rusiya həbsxanalarında saxlanılan hərbi əsirlər və mülki şəxslərin azad edilməsi üçün çox iş görür", - Ukrayna lideri yazıb.

O qeyd edib ki, Rusiya gecə hücumu zamanı Ukraynaya qarşı 242 dron, 13 ballistik raket, bir orta mənzilli "Oreşnik" ballistik raketi və 22 qanadlı raket istifadə edib. Zərbələr enerji obyektlərinə və mülki infrastruktura endirilib.

Zelenski vurğulayıb ki, Kiyev və vilayətində hücumlar nəticəsində ən azı 20 yaşayış evi zərər görüb.

"Hazırkı məlumata görə, təkcə paytaxtda təəssüf ki, dörd nəfərin həlak olduğu bildirilir. Hücum məhz bərk soyuqlar başladığı vaxtı edilib. Bu günahsız insanların həyatına zərbədir. İndi insanları istilik və elektrik enerjisi ilə təmin etmək üçün mümkün olan maksimum səy göstərilir", - Prezident qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti