Fransada və Britaniyada 400 mindən çox ev elektriksiz qalıb
Digər ölkələr
- 09 yanvar, 2026
- 12:53
"Qoretti" fırtınası Fransanın şimal-qərbindəki Normandiya bölgəsində 380 min evi elektriksiz qoyub.
"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı "Enedis" enerji şirkətinə istinadən məlumat yayıb.
"Şirkət hazırda 380 min evə elektrik enerjisinin verilişində problem yaşandığını vurğulayıb. Normandiyada 266 200, Bretanda 21 min, Pikardiyadа 18 500 və İl-de-Frans bölgəsində 13 500 ev bu problemlə üzləşib", - məlumatda qeyd edilib.
Bundan əlavə, fırtına səbəbindən Böyük Britaniya, xüsusilə İngiltərənin cənub-qərbi də zərər görüb.
Britaniyanın "National Grid" enerji şirkəti təxminən 57 min daşınmaz əmlakın elektriksiz qaldığını bildirib.
Son xəbərlər
16:20
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
Region16:11
Norveç vətəndaşlığını almaq çətinləşdirilir
Digər ölkələr16:07
ABŞ-İran danışıqları başlayıb – YENİLƏNİB
Digər ölkələr16:00
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
Futbol15:47
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
Digər ölkələr15:23
Uşaqlarla bağlı rəqəmsal təhlükəsizlik artıq təkcə ailələrin deyil, dövlətlərin də diqqət mərkəzindədir - RƏY
Daxili siyasət15:11
Bakı və Aşqabad Xəzərdə əməkdaşlığı gücləndirmək niyyətindədirlər
Xarici siyasət15:09
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub
Ekologiya15:06