Ölkənin Qərb zonasında Zəfərin 5-ci ildönümü qeyd edilib

Daxili siyasət
  • 08 noyabr, 2025
  • 16:26
Ölkənin Qərb zonasında Zəfərin 5-ci ildönümü qeyd edilib

Azərbaycanın Qərb bölgəsində 8 Noyabr- Zəfər Günü qeyd olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, 8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Samux və digər rayonlarda təntənəli tədbirlər təşkil edilib.

Bu tədbirlərin əvvəlində Vətən uğrunda canlarından keçmiş qəhrəmanların məzarları ziyarət edilib, onların ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Daha sonra şəhid ailələri, qazilər, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbirləri keçirilib, geniş bədii proqram təqdim olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti