Keçmiş məcburi köçkün: Arzu edirəm ki, bütün qaçqınlar bizim kimi öz torpaqlarına qayıtsınlar

Daxili siyasət
  • 18 noyabr, 2025
  • 06:44
Keçmiş məcburi köçkün: Arzu edirəm ki, bütün qaçqınlar bizim kimi öz torpaqlarına qayıtsınlar

1993-cü ilin 23 avqustunda məcburi köçkün düşmüşük. Şükür Allahın böyüklüyünə, indi torpaqlarımıza, kəndimizə qayıdırıq.

"Report" xəbər verir ki, bunu Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün İltifat Balacayev jurnalistlərə açıqlamasında deyib.

"Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların ailələrinin qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayıram. Uşaqlarım və nəvələrimlə birlikdə kəndimizə köçürük. Allahdan arzu edirəm ki, bütün qaçqınlar bizim kimi öz torpaqlarına qayıtsın", - deyə İ. Balacayev bildirib.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınır.

Son xəbərlər

Bütün Xəbər Lenti