İcma sədri: Tarixi torpaqlarımıza qayıdış mübarizəmiz beynəlxalq hüquqa söykənir
- 05 dekabr, 2025
- 10:57
Bütün danışıq apardığımız xarici ekspertlər İcmanın haqlı olduğunu etiraf edirlər.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Mədəni irs və qayıdış hüququ" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində juralistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, QAİ-nin irəli sürdüyü bu haqq işini müdafiə etməmək mümkün deyil:
"Çünki QAİ-nin qayıdış konsepsiyasını qəbul edəndə də xüsusilə göstəmişik ki, bizim tarixi torpaqlarımıza qayıdış mübarizəmiz beynəlxalq və ölkə daxili hüquqa söykənir. Öz fəaliyyətimizdə də buna ciddi şəkildə əməl edirik. Elə bu səbəbdən ermənistan tərəfi bizim haqq işimizi yerinə yetirməyə məcbur və məhkumdurlar",- deputat vurğulayıb.