Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim olunub – YENİLƏNİB-2
- 09 oktyabr, 2025
- 14:08

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
"Report"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatıb.
Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.
"Report"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülüb.
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatacaq.