Nigar Arpadarai: Quraqlıq, Xəzərin səviyyəsinin aşağı düşməsi böyük təhlükəyə çağırışdır
- 29 sentyabr, 2025
- 10:34

Quraqlıq, Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi böyük təhlükəyə çağırışdır.
"Report" xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəşəriyyət bu ekoloji bəladan ortaq əməkdaşlıqla qurtula bilər:
"Hesab edirəm ki, bu istiqamətdə siyasi addımlar atılmalıdır. Bu addımlar təkcə iqlim dəyişmələrinə təsir etməyəcək, həm də minlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaq".
N.Arpadarai həmçinin əlavə edib ki, artıq iqlim dəyişmələrinin gəldiyi son duruma görə fermerlər fəsillərə inanmırlar:
"Çünki anomal hava şəraiti yığılacaq məhsula ciddi ziyan vurur. Nəticədə fermerlər fəsilə görə məhsulu nə vaxt əkib-yığacaqlarına qərar verməkdə çətinlik çəkirlər".