"Xaçmaz KOB evi"nin Xudatdakı mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib

Biznes
  • 15 sentyabr, 2025
  • 13:00
Xaçmaz KOB evinin Xudatdakı mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib

Bu ilin yanvar-avqust aylarında "Xaçmaz KOB evi"nin Xudat şəhərində yerləşən xidmət mərkəzi tərəfindən sahibkarlara 39 minə yaxın xidmət göstərilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər.

Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir. Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Vergi Xidməti, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdim edilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdə digər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması da nəzərdə tutulur.

Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zəruri xidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına və xərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan, operativ və fasiləsiz həllinə imkan verir.

"Xaçmaz KOB evi"nin Xudatdakı mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib

Son xəbərlər

Bütün Xəbər Lenti