Ötən ay Bakıda torpaq və tikinti materialları bahalaşıb

Biznes
  • 12 aprel, 2022
  • 11:21
Ötən ay Bakıda torpaq və tikinti materialları bahalaşıb

Bu ilin mart ayında Bakıda torpaq (1 sota görə) fevral ayına nisbətən 7,22 %, son 1 ildə isə 2,32 % bahalaşıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"Daşınmaz əmlak bazarının digər bir seqmenti olan tikinti materialları bazarında isə ötən ay qiymətlər 1,2 %, il ərzində isə 34,07 % artıb. Dəmir məmulatlarının qiymətində ay ərzində 3,33 % azalma, il ərzində 20,83 % artım, taxta məmulatlarının qiymətində ay ərzində 14,63 %, il ərzində 27,03 % artım, qumun qiymətində ay ərzində 3,85 %, il ərzində 22,73 % artım olub. Ay ərzində daş məmulatları, dam örtükləri və sementin qiyməti isə dəyişməyib", - deyə o, qeyd edib.