Orxan Məmmədov: "Halal ticarət vicdanlı sahibkarlığın yeni mərhələsidir"
- 07 oktyabr, 2025
- 11:43

Halal ticarət vicdanlı sahibkarlığın yeni mərhələsidir.
"Report"xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Halal Biznes (AZHAB) Forumunda deyib.
Onun sözlərinə görə, amma halal dəyərin əsası rəqəmlərdə deyil, etimadda özünü göstərir: "Əgər biz iqtisadi münasibətlərimizdə vicdanı, ədaləti və şəffaflığı qorusaq, qazancımız da, cəmiyyətimiz də halal olar. Gəlin bir yerdə elə bir sahibkarlıq mühiti yaradaq ki, orada halallıq sadəcə etiketdə yox, davranışda və niyyətdə əks olunsun".
O qeyd edib ki, dünyada halal iqtisadiyyat 3 trilyon ABŞ dollarına yaxın bir bazarı əhatə edir.
O. Məmmədov əlavə edib ki, iki gün davam edəcək konfrans və sərgidən ibarət olacaq Forum çərçivəsində daha iki mühüm təşəbbüsün icrası ilə bağlı iclaslar da təşkil olunucaq: "Bunlardan biri "İqtisadi Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsisi ilə bağlıdır".
O bu təşəbbüsün İƏT-ə üzv ölkələrin KOB-larla məşğul olan qurum və təşkilatlarını bir araya gətirərək bu sahədə qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsinə öz töhfəsini verəcəyinə inanır.