Ukrayna millisinin futbolçusu zədəli olduğu üçün Azərbaycan yığması ilə oyunu buraxacaq

Futbol
  • 07 oktyabr, 2025
  • 13:35
Ukrayna millisinin futbolçusu zədəli olduğu üçün Azərbaycan yığması ilə oyunu buraxacaq

Ukrayna millisinin futbolçusu Viktor Sıqankov DÇ-2026-nın seçmə mərhələsindəki növbəti matçlarda iştirak etməyəcək.

"Report" xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədəli olmasıdır.

İspaniyanın "Jirona" klubunda çıxış edən yarımmüdafiəçi Azərbaycan və İslandiya ilə görüşlərdə yığmaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Ukrayna millisi D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti