Nigar Ələsgərova: "Bəzi kişilər qadınların adına biznes açaraq, onların təşəbbüskarlığını əngəlləyir"
- 12 sentyabr, 2025
- 12:51

Azərbaycanda bəzi kişilər biznesləri qadınların adına açaraq, onların təşəbbüskarlığını əngəlləyirlər.
"Report" xəbər verir ki, bunu Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova "She Builds Green: Qadın Sahibkarların Azərbaycanda İqlim Dayanıqlığına Töhfələri" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadın sahibkarlığı üçün nəzərdə tutulmuş imkanlardan kişilər istifadə edirlər: "İlkin məqsədləri vergidən yayınmaqdır. Həmçinin qadınların adı və soyadı istifadə edilir, amma qadınlar faktiki olaraq təsisçi olmurlar."
Onun sözlərinə görə, qadın sahibkarlara göstərilən dəstək yalnız iqtisadi deyil, həm də sosial inkişaf üçün vacibdir: "Regionlarda və yerli layihələrdə bu dəstək sistemlərinin genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir".