Nazir: "Azərbaycan və İordaniya 12 yeni layihə üzrə danışıqlar aparır"
- 27 noyabr, 2025
- 12:36
Azərbaycan və İordaniya 12 yeni layihə üzrə danışıqlar aparır.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında bildirib.
"Ölkələr arasında artıq 40-dan çox sənəd qüvvədədir, 8 saziş ekspert səviyyəsində razılaşdırılıb və 12 yeni layihə danışıqlar mərhələsindədir. İnkişaf etməkdə olan bu baza tərəfdaşlığımızın proqnozlaşdırılması mümkünlüyünü və dayanıqlılığını artırır. Bu gün keçirilən iclasda müvafiq sahələrdə fəaliyyətimizi tam şəkildə əlaqələndirəcək daha beş sənəd imzalayacağıq", - S.Babayev deyib.
Onun sözlərinə görə, bu sazişlər ortamüddətli gündəliyi müəyyən edəcək və iki ölkənin nazirlikləri və agentlikləri arasında institusional əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək.