Mikayıl Cabbarov: "Bu il sahibkarlar 25 milyon manat güzəştli kredit alıb"
Biznes
- 07 iyul, 2021
- 08:01
"İqtisadiyyat Nazirliyu yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-may aylarında 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yeri-nin yaradılması nəzərdə tutulur".
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilib. Ayrılmış vəsaitlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib", - o deyib.
Son xəbərlər
09:10
Foto
Ceyhun Bayramov və Hakan Fidan regional təşəbbüslərinin reallaşma perspektivlərini nəzərdən keçiriblər - YENİLƏNİB
Xarici siyasət09:08
Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq
Futbol09:06
Argentina ABŞ-dən "Stryker" zirehli transportyorlarından dördünü təhvil alıb
Digər ölkələr09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.12.2025)
Maliyyə09:03
"Bir Kredit" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə08:58
Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.12.2025)
Maliyyə08:50
Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var
Hadisə08:38