"Reuters": "Lukoyl"un həmtəsisçisi olan Fedun şirkətdəki payını satıb

Biznes
  • 26 noyabr, 2025
  • 01:48
Reuters: Lukoylun həmtəsisçisi olan Fedun şirkətdəki payını satıb

Rusiyanın "Lukoyl" şirkətinin sabiq vitse-prezidenti və həmtəsisçisi Leonid Fedun 2025-ci ilin əvvəlində şirkətdəki təxminən 7 milyard ABŞ dolları dəyərində payını satıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla xəbər verib.

Fedun 2022-ci ilin iyununda vitse-prezident vəzifəsini tərk edib, həmin ilin avqustunda isə "Spartak" futbol klubundakı payını satıb. O zaman "Lukoyl" iş adamının pensiya yaşı və ailəvi səbəblərlə əlaqədar olaraq vəzifədən ayrıldığını açıqlamışdı.

"Reuters" agentliyinə məlumat verən mənbənin sözlərinə görə, Monako sakini olan Fedun Rusiyadakı aktivlərini azaltmaq qərarına gəlib. Şirkət şərh verməkdən imtina edib və iş adamı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabrda "Rosneft", "Lukoyl" və onların törəmə şirkətlərini yeni antiRusiya sanksiyaları paketinə daxil edib. Bu sanksiyalar 21 noyabrda tam qüvvəyə minib.

Son xəbərlər

Bütün Xəbər Lenti