İordaniya Azərbaycanı Suriyaya birgə investisiya yatırmağa çağırıb

Biznes
  • 27 noyabr, 2025
  • 12:32
İordaniya Azərbaycanı Suriyaya birgə investisiya yatırmağa çağırıb

İordaniya Azərbaycanı Suriyaya birgə investisiya yatırmağa çağırıb.

"Report"un məlumatına görə, bunu İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Kuda Bakıda keçirilən Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında bildirib.

Onun sözlərinə görə, bu gün Yaxın Şərq regionunda müxtəlif imkanlar yaranır.

"Suriyanın bərpası və yenidən qurulması, məsələn, özlüyündə böyük bir fürsətdir. Biz, İordaniya şirkətləri olaraq heç vaxt Suriyada olan böyük imkanlardan təkbaşına istifadə edə bilmərik. Buna görə də bizə tərəfdaş lazımdır ki, birlikdə investisiya yatıraq və bu vacib fürsətlərdən səmərəli istifadə edək. Hesab edirik ki, Azərbaycanın biznes cəmiyyəti birgə işləmək üçün əla tərəfdaşdır", - nazir bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti