“Cosmoline” mərkəzi “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir

Biznes
  • 26 aprel, 2021
  • 07:08
“Cosmoline” mərkəzi “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir

“Cosmoline” tərcümə mərkəzi fars, rus, gürcü və erməni dilindən tərcümələrin həyata keçirilməsi üçün “Tərcüməçi” vəzifəsinə vakansiya elan edir.

Namizədə tələblər:

- ali təhsil;

- fars, rus, gürcü və ya erməni dilini mükəmməl bilmək;

- yuxarıda qeyd olunan dillərin qrammatikasını yüksək səviyyədə bilmək;

- müasir informasiya texnologiyalarından istifadə etməyi, eləcə də məlumat toplamağı və təhlil etməyi bacarmaq;

- qeyd olunan dillərdən ikisini bilən, eyni zamanda sahə üzrə təcrübəyə malik namizədlərə üstünlük veriləcəkdir.

Peşəkar vərdişlər:

- verilən tapşırıqlara ciddi və məsuliyyətlə yanaşmaq;

- komandada və müstəqil şəkildə işləməyi bacarmaq;

- yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmaq;

- işdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmaq.

İş barədə məlumat:

- iş Bakı şəhərindədir;

- əmək münasibətləri qanunvericiliyə uyğun rəsmiləşdirilir;

- peşəkar inkişaf imkanı;

- gənc, enerjili və mehriban kollektiv;

- əmək haqqı 1 000 manatdan başlayaraq.

Qeyd məlumatlarını [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti