Cəmşid Əmirov: "Azərbaycanda güzəştli mənzil seçimi prosesində xüsusi monitorinq sistemi tətbiq olunub"
- 03 dekabr, 2025
- 11:15
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzil seçimi prosesində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib.
"Report" xəbər verir ki, bunu MİDA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, seçim prosesi MİDA-nın elektron sistemi üzərindən həyata keçirildiyi üçün bütün texniki və kibertəhlükəsizlik tədbirləri əvvəlcədən görülüb:
"Vətəndaşların mənzil seçimi prosesinə müdaxilə cəhdlərinə yol verilməməsi məqsədilə xüsusi monitorinq sistemi qurulub. Proses tam şəffaf şəkildə aparılır və hər bir əməliyyat sistem tərəfindən qeydə alınır".
Şöbə müdiri əlavə edib ki, seçim dövründə sistemin dayanıqlılığı, yüksək yüklənmə zamanı fasiləsiz işləməsi və məlumatların qorunması prioritet kimi nəzərdə tutulub.