Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının protokolu imzalanıb - YENİLƏNİB
- 14 oktyabr, 2025
- 13:26

Azərbaycan və Qazaxıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 21-ci iclasının protokolu imzalanıb.
11:24
Bakıda Azərbaycan-Qazaxıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının (HİK) 21-ci iclası başlayıb.
"Report"un məlumatına görə, komissiyanın həmsədri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə nəqliyyat naziri Nurlan Sauranbayevdir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 547,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur.
Qazaxıstandan Azərbaycana əsas ixrac malları - buğda (121,5 milyon ABŞ dolları dəyərində), neft və neft məhsulları (38,2 milyon ABŞ dolları dəyərində) olub.
Hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 1 500 şirkət, Azərbaycanda isə Qazaxıstan kapitalı ilə təxminən 1 50 şirkət qeydiyyatdadır.
Qazaxıstan Milli Bankının məlumatına görə, 2005-2024-cü illər ərzində Azərbaycandan cəlb edilən investisiyaların məbləği 420,8 milyon ABŞ dolları olub. Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyaların məbləği isə 156,1 milyon ABŞ dolları təşkil edib.